Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu” adlı ustad dərsləri keçirilib. Ustad dərslərində Bakı-İstanbul liseyinin Azərbaycan dili, rus dili, ingilis dili bölmələrinin şagirdləri iştirak edib. Dərs nəzəri hissədən və praktik dərsdən ibarət olub. Dərsin birinci hissəsində Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Nigar Əhmədli dərs iştirakçılarını salamlayıb, Xarıbülbül haqqında məlumat verib.
Dərsin ikinci hissəsində isə çiçək şəkilli pazl yığılıb, gipsdən hazırlanmış fiqur üzərində rəngli boya ilə Xarıbülbül çiçəyinin çəkilmə və rənglənmə qaydası öyrədilib.
Daha sonra H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
İştirakçılar hazırladıqları nümunələri özləri ilə aparıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.