AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin təşəbbüsü ilə Bakı şəhəri Texniki-Humanitar liseyin rus bölməsinin 8-ci sinif şagirdləri tərəfindən liseydə Qarabağa və Şuşaya həsr olunmuş sərgi qurulub. Sərgi esselərdən, rəsmlərdən və əl işlərindən ibarətdir.
Sərgi ilə əlaqədar liseyin tarix müəllimi Cəmilə İmamverdiyevanın rəhbərliyi ilə 8-ci sinif şagirdi Aslanova Sara tərəfindən videoçarx hazırlanıb.
Sərgidə və videoçarxda muzeyin əməkdaşı Qənirə Qafarlının liseyə təqdim etdiyi Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan Qarabağa və Şuşaya aid eksponatlar haqqında məlumatlar və şəkillər yer alıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.