Bakı Şəhər Dövlət Yol Polis İdarəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar tədbir keçirilib.İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov Xocalı faciəsi haqqında çıxış edib. F.Cabbarov xalqımıza qarşı aparılan soyqırım siyasətinin tarixi barədə geniş məlumat verib.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə başa çatıb.
Ətraflı keçiddə: Report.az
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.