4 mart 2022-ci il Muzey Mərkəzi Sərgi Qalereyasında gənc rəssam Əfsanə Həbibinin “Favole” adlı sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri Materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova xüsusi olaraq dəvət olunmuş qonaq qismində iştirak edib.
N.Yusifova çıxışında muzeylərarası əlaqəni vurğulayaraq, Milli Azərbaycan Tarixi Muzeyində də sərgilərin keçirildiyini və bu sərgilərdə istər təsviri sənət, istərsə də dekorativ-tətbiqi sənət nümunələrinin sərgilənməsi ilə yanaşı həm də onların elmi araşdırılmasının vacibliyini də qeyd etdi. N.Yusifova həmçinin Muzeyin həm əzəmətli, tarixi binasının memarlıq üslubu, həm də zəngin, dəyərli eksponatlarının tədqiqatçılarla bərabər, rəssamların, memarların daima diqqət mərkəzində olduğunu da xüsusi olaraq vurğuladı.
Nardanə Yusifovanın çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sonda çıxış edən iştirakçılara adı çəkilən sərginin kataloqu təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.