Azərbaycan Milli Ensiklopediyasının nəşrə hazırlanan növbəti cildində “İstiqlal bəyannaməsi" adlı məqalənin yer alması nəzərdə tutulmuşdur. Bu məqsədlə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda qorunan, Azərbaycan dövlətinin ilk hüquqi sənədi olmuş və Azərbaycanın müstəqillik tarixində müstəsna rol oynamış İstiqlal Bəyannaməsinin nadir nüsxələrinin yüksək keyfiyyətli fotosurətləri “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşlarına təqdim olunmuşdur.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bu dəyərli materialı Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olunub. Tarixi əhəmiyyət kəsb edən nadir nüsxələr azərbaycanlı mühacirlər nəslinin Londonda yaşayan nümayəndələrindən əldə olunmuşdur. Bu əlyazma mətnlər biri ərəb əlifbası ilə Azərbaycan dilində, digəri isə fransız dilində yazılmışdır. Bu sənəd Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi “Əqdnamə”dən köçürülmüşdür. Lakin burada orijinaldan fərqli olaraq Şura üzvlərinin adları və vəzifələri qeyd olunmamışdır. Azərbaycan dilindəki nüsxə 1920-ci ildə İngiltərədə, fransızca nüsxə isə Niderlandda istehsal olunan kağızda tərtib edilmişdir.
Qeyd edək ki, Azərbaycanın istiqlaliyyətini rəsmən elan edən sənədin muzeyin kolleksiyasında xüsusi yeri var və milli mənəvi əhəmiyyət daşıyan bu orijinal nüsxələr Azərbaycan Xalq Cümhuriyyətinin təbliği baxımından əhəmiyyətlidir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.