AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Elmi macəralar saatı" layihəsi çərçivəsində növbəti interaktiv dərslər təşkil olunub. Muzeyin "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisində keçirilən dərslərdə Bakı Modern Təhsil Kompleksinin və Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Dərslər İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən keçirilib. Dərsin birinci hissəsində şagirdlərə sərgi əsasında Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti haqqında məlumat verilib, ikinci hissəsində isə intellektual oyun təşkil olunub.
Sonda İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi tərəfindən şagirdlərə sertifikatlar təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.