Ustad dərsində şagirdlər yumurta formasında olan gips fiqurlar üzərində rəngləmə aparıb, kəndir dartma oyunu, Novruz şənliklərinin əsas personajlarından olan Keçəl ilə "yumurta döyüşü" oyunu oynayıblar.
Sonda şagirdlərə Novruz simvolikasından ibarət hədiyyələr paylanıb və H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.