Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə Novruz çərşənbələrinin sonuncusu - Torpaq çərşənbəsinə həsr olunmuş bayram şənliyi keçirilib. Novruz bayramının ən təntənəli mərasimləri axırıncı çərşənbədə keçirilir. Bu çərşənbə yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir. “Torpaq çərşənbəsi” hesab olunan sonuncu çərşənbə bayrama daha yaxın olduğu üçün insanlar tərəfindən xüsusi qeyd edilir. Xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə”, “Çərşənbə-suri” adları ilə də tanınır. Bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır və əkinə, toxum səpininə hazır olur.
Bayram şənliyini giriş sözü ilə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açıb. Sonra “Novruz gəlir, yaz gəlir” adlı videoçarx, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Xalq Çalğı Alətləri sinfinin tələbələrinin ifasında kompozisiya, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının ifasında Kosa və Keçəl tamaşası, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Cəngi rəqsi”, “Səma” rəqs qrupunun ifasında “Xarıbülbül rəqsi”, Bakı şəhəri 17 nömrəli Uşaq Musiqi Məktəbinin 3-cü sinif şagirdi Aylin İlqarın çıxışı, Muzey əməkldaşlarının övladlarının ifasında “Ağ çiçəyim” rəqsi nümayiş olunub.
Daha sonra gənc müğənnillər Hüseyn Əbilov, Elşad Əzizi və Sona Nərimanqızının ifasında musiqi nömrələri təqdim olunub.
Şənlik “Kəndirdartma” oyunu ilə bitib. Tədbirin aparıcılığını Respublikanın Fəxri Mədəniyyət İşçisi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktrisası Gültac Əlili edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.