Hörmətli izləyicilər, Elm Gününə həsr olunmuş "Qarabağın mədəni irsi: şagird tədqiqatları" adlı videoçarxları sizə təqdim edirik
Martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunur. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında Elm gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən Elm Gününə həsr olunmuş "Qarabağın mədəni irsi: şagird tədqiqatları" adlı videoçarx hazırlanıb.
Respublikanın 6 məktəb və liseyinin (S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası, İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb, Bakı şəhəri 312 nömrəli tam orta məktəb, Abşeron rayonu Qobu qəsəbə Q.Xalıqov adına 1 nömrəli tam orta məktəb, 262 nömrəli tam orta məktəb, Texniki-Humanitar Liseyi) iştirak etdiyi videoçarxda ümumilikdə 7 şagird (3 dildə- Azərbaycan, rus, ingilis dillərində) çıxış edib. Videoçarxda yer alan mövzular Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasına həsr olunub, səsləndirilən mətnlər isə şagirdlərin özləri tərəfindən hazırlanıb.
Videoçarxda həmçinin, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan, Qarabağın və Şuşa şəhərinin tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən materialların fotoşəkilləri də yer alıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.