Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov İctimai Radionun "Can Azərbaycan" verilişinin qonağı olub. Gənc tədqiqatçı Ş.Mövsümov 31 mart Azərbaycanlıların soyqırımı siyasətinin xronologiyası, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsi və azərbaycanlıların öz yurdlarından didərgin salınmaları haqqında dinləyicilərə ətraflı məlumat verib, həmçinin muzeydə qorunan, mart faciəsinə aid fotoşəkillər və sənədlər barədə də danışıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.