AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Xarıbülbül - Şuşanın simvolu" adlı növbəti ustad dərsi keçirilib. Ustad dərsində Qərb Universiteti Tam Orta Məktəbin şagirdləri (rus bölməsi) iştirak edib.
Tədbir iştirakçılarına gips fiquru üzərində buta naxışının rənglənməsi və Xarıbülbül çiçəyi formasında aksesuar düzəldilmə qaydası öyrədilib. Sonra muzeyin əməkdaşı Ayəndə Dadaşova tərəfindən H.Z.Tağıyevin ev muzeyinə, "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
Ustad dərsi iştirakçıları hazırladıqları nümunələri özləri ilə aparıblar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.