Cari ildə Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına daxil olmuş tapıntılar arasında Yardımlı rayonu, Urakəran kəndi ərazisindəki Bilgəh nekropolundan tapılmış 4 nömrəli dəfn küpü də yer alır. Küp "Antik dövr üzrə Lerik-Yardımlı arxeoloji ekspedisiyası"nın 2020-ci il qazıntı mövsümündə apardığı axtarışlar zamanı aşkar olunmuşdur.
Ekspedisiyanın rəhbəri, t.ü.f.d. Ceyhun Eminlinin sözlərinə görə küp uzun əsrlər boyu ağır torpaq kütləsinin təzyiqinə tab gətirməyərək, tədricən sınaraq fraqmentlər şəklinə düşmüşdür. Fraqmentlər altından dəfn küpü üçün səciyyəvi olan avadanlıq da tapılmışdır. Arxeoloq C.Eminli küpün dövrünü onun əlamətlərinə, avadanlığına və dəfn adətinə görə e.ə. I-e.II əsrlərə aid etmişdir.
Küp muzeyə təhvil verildikdən sonra Bərpa laboratoriyasında restavrasiya işlərinə cəlb olunmuşdur. Bir neçə aylıq bərpa prosesindən sonra küp ilkin formasını almışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.