25 fevral 2025-ci il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində “Xocalı yaddaşımız” adlı sərgi keçiriləcək. Sərgi Xocalı faciəsini əks etdirən 36 kadr layihəsi əsasında hazırlanır. Sərginin koordinatoru Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü Sücəddin Hüseynov, fotoqraflar- Oleq Litvin, İlqar Cəfərov, Xalid Əsgərov, Şahvələd Eyvazov və muzeyin fotoqrafı, AFB-nin təsisçisi Mirnaib Həsənoğludur.
Sərgiyə giriş sərbəstdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.