“Zvezda” telekanalında (Moskva, Rusiya Federasiyası) “Ordu əfsanələri” verilişləri silsiləsi çərçivəsində Azərbaycanın əfsanəvi kəşfiyyatçısı, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş film nümayiş olunub. Filmin bəzi hissələri Milli Azərbaycan Tarixi Muzeyində lentə alınıb. Çəkiliş zamanı muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin böyük elmi işçisi, t.ü.f.d Fuad Ağayev mövzuya uyğun ətraflı danışıb. F.Ağayev qeyd edib ki, muzeyin fondlarında İkinci Dünya Müharibəsi iştirakçılarının, o cümlədən M.Hüseynzadənin şəxsi əşyaları qorunur.
Ətraflı keçiddə:
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.