Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunda 1938-ci ildə Füzulinin rayonundan (Karyagin) tapılmış bürünc sikkə qorunur. Sikkə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, t.e.d., prof. Yevgeni Paxomovun araşdırmaları nəticəsində bürünc fels olduğunu və hicri təqvimində 727-ci (1326-13277) ildə zərb edildiyi müəyyən olunub. Elxani (Hülakü) hökmdarı Əbu Səid (hicri 716 – 736 = 1316 – 1335-1336) dövründə 30-dan artıq zərbxanada (Bərdə, Bazar, Şirvan, Təbriz, Həmədan, Marağa, Tus və d.) qızıl dinarlar, gümüş dirhəmlər, bilon felslər fərqli nominallarla zərb edilib. Belə sikkələrə ərəb qrafikası ilə yazılar (hökmdar adları və titulları,zərbxana, zərb ili, dini ifadələr) və həndəsi fiqurlar həkk olunurdu.
Qeyd edək ki, sözügedən eksponat Elxanilər (Hülakülər) dövrünün pul təsərrüfatını təmsil edən nadir sikkədir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.