Milli Azərbaycan Tarixi Muzeyi beynəlxalq əməkdaşlıq çərçivəsində muzey sahəsində çalışan nüfuzlu şəxsləri qəbul etməyə davam edir. Bu dəfə muzeyin qonağı Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər şöbəsinin müdir müavini, Beynəlxalq Muzeylər Şurası (ICOM) Türkiyə Milli Komitəsinin sədr müavini, tanınmış arxeoloq Bülent Gönültaş olub. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağı muzeydə görməkdən məmnun olduğunu bildirib və Azərbaycanın mədəni irsinin qorunması istiqamətində görülən işlərdən danışıb. Görüş zamanı Bülent Gönültaşa muzeyin tarixi binası, ekspozisiya zallarında nümayiş olunan unikal eksponatlar və Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında geniş məlumat verilib. Ziyarət zamanı Bülent Gönültaş muzeyin ekspozisiyasını yüksək qiymətləndirərək, həm eksponat zənginliyi, həm də onların təqdimat formasını dəyərləndirib. O, xüsusilə muzeyin qədim tarixdən müasir dövrə qədər olan geniş zaman çərçivəsini əhatə etməsini və eksponatların elmi əsaslarla sistemləşdirilməsini yüksək dəyərləndirib. Bu görüş Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması və muzey sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.