“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanları – İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyevaya aid şəxsi əşyalar ailələri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.
Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizin tarixi və mədəni irsinin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən aparıcı müəssisələrdən biridir. Muzeydə Azərbaycanın görkəmli şəxsiyyətlərinə, Milli Qəhrəmanlarına aid şəxsi əşyalar, sənədlər və digər materiallar qorunur. Həmin materiallar həm muzeyin daimi ekspozisiyasında, həm də müxtəlif mövzulu sərgilərdə nümayiş olunur və təbliğ edilir.
Qeyd edək ki, muzeyə daxil olan yeni materiallar tezliklə ekspozisiyada nümayiş olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.