Azərbaycan Kooperasiya Universiteti və Türkiyənin İKSAD İnstitutu tərəfindən "Anadan olmasının 99-cu ilində Azərbaycanın memarı Heydər Əliyev" mövzusunda II Beynəlxalq Konfrans keçirilib. MATM-nin əməkdaşı Əli Fərhadov konfransda "Heydər Əliyev yaradıcılığında milli-mənəvi və multikultural düşüncələr" mövzusunda məruzə ilə çıxış edib. Ulu öndərin öz həyat və fəaliyyətində, yaradıcılığında milli-mənəvi və multikultural dəyərlərin sintezini tətbiq etdiyini vurğulayıb. Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.