9 - 12 may 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Aydın şəhərindəki Aydın Adnan Menderes Universiteti, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və d. elmi-tədqiqat və təhsil müəssisələrinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli numizmat alimi, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunan “2. Uluslararası Balkanlar, Anadolu, Kafkasya Ve Türkistan Coğrafyası: Sanat, Kültür, Tarih Ve Folklor Kongresi- sanat etkinlikleri” adlı Beynəlxalq Konqres keçirilmişdir. 17 ölkədən məruzəçilərin iştirak etdiyi konqres həm onlayn, həm də canlı formatda baş tutmuşdur.
Konqresin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlının adından muzeyin qocaman əməkdaşı, görkəmli numizmat alim Əli Rəcəblinin 95 illiyinə həsr olunmuş konqresin təşkilatçılarına təşəkkürnamə çatdırılmışdır.
Daha sonra muzeyin üç əməkdaşı – t.ü.f.d., dosent Həbibə Əliyeva, Aslan Qasımov, Mircavid Ağalarov canlı formatda, muzeyin digər əməkdaşları- elmi katib, t.ü.f.d. Sevinc Nəsirova, t.ü.f.d., dosent Nasir Quluzadə, t.ü.f.d., dosent Sənubər Qasımova, t.ü.f.d. Aygün Məmmədova, t.ü.f.d. Əli Fərhadov, t.ü.f.d. Laçın Mustafayev, Şəfa Mövsümov, Esmira Rəhimova, Emin Məmmədov, Aygün Quliyeva, Fatma Qəniyeva, Nurəngiz Qarayeva, Sənurə Dostiyeva, Fəridə Xəlilova, Nərmin Bağırova və Nərmin Nəzərova onlayn formatda, müxtəlif mövzularda məruzlərlə çıxış etmişdilər. Məruzələr maraqla qarşılanmış, verilən suallar ətraflı cavablandırılmışdır.
Sonda konqresə onlayn formatda qatılan t.e.d., professor Əli Rəcəbli proqramın təşkilatçılarına öz təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.