XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
13 May, 2022
Muzeydə Qazaxıstanlı qonaqlarla görüş keçirilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının R.B. Süleymanov adına Şərqşünaslıq İnstitutunun Elmi işlər üzrə direktor müavini Duysen Qalımjan Mustaximulı və böyük elmi işçi Dina Aytmanova Albievna ilə görüş keçirildi.

Görüşdə Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı və muzeyin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov, Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov qonaqları muzeydə görməkdən məmnun olduqlarını bildiriblər.

Görüş zamanı Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan muzey, elm və mədəniyyət mərkəzləri arasında uzunmüddətli sıx əməkdaşlıq, həm Azərbaycan, həm də Qazaxıstan tarixini və mədəniyyətini əks etdirən birgə layihələr haqqında söhbət aparılıb.

Hər iki qurumun təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və elmi tədqiqatların aparılması istiqamətində fəaliyyətin genişlənməsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sonda qonaqlara muzeyin kolleksiyası əsasında tərtib olunmuş nəfis tərtibatlı nəşrlər və elmi məqalələr toplusu təqdim olundu.