Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Şuşa ilinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə bir sıra mədəniyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.
Muzeyin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində Milli Azərbaycan Tarixi Muzeyinin rolu" adlı məruzə ilə çıxış edib. S.Ələkbərova çıxışında muzeydə "Şuşa ili" ilə bağlı silsilə tədbirlərin keçrilməsini də xüsusi vurğulayıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.