AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş mühafizi, t.ü.f.d. Mahfuzə Zeynalova, Xüsusi Fondun müdiri Afət Rüstəmbəyova, həmçinin AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinarə Abbasova tərəfindən hazırlanmış “Arxeoloji zinət əşyalarının metal tərkibinin müəyyən olunması üçün yeni texnologiyaların tətbiqi” tezisi Avstriyanın paytaxtı Vyanada “Mədəni irs və yeni
texnologiyalar 16-cı konfransının materialları”nda çap olunmuşdur. Belə ki, Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda arxeoloji qazıntılar nəticəsində aşkarlanmış zinət əşyaları saxlannır ki, onlar sırasında ən qədimi e.ə. II minilliyə aid edilir. İlk dəfə olaraq bu əşyalar Radiasiya Problemləri İnstitutunun təqdim etdiyi spektrometrlər vasitəsilə təhlil olunmuşlar. Nəticədə əşyaları zədələmədən onların tərkibində olan qiymətli metalların nisbəti öyrənilmiş, əşyaların düzəldilmə vaxtı dəqiqləşdirilmişdir. Bir daha təsdiq olunmuşdur ki, artıq e.ə. IX əsrdə azərbaycan zərgərləri öz sahələrində dövrün ən müasir texnologiyalarını tətbiq edirdilər. Xarici mütəxəssislərin böyük diqqətini cəlb etmiş tezisin mətni müvafiq fotoşəkillər və sxemlərlə tamamlanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.