Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov Xəzər Universitetində tarix ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinə “İkinci Dünya savaşı və Qafqaz", "44 Günlük Vətən müharibəsi və Qafqazda vəziyyət” adlı mövzularda məruzə oxuyub.
Ş.Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində hər iki müharibəyə aid qorunan materiallar barədə tələbələrə ətraflı məlumat verib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.