Milli Azərbaycan Tarixi Muzeyinə "Bayraqlı evlər" adlı kitab (Bakı: Qanun, 2022, 168 s.) hədiyyə edilib. Müəllif şair-publisist Gülqədəm Mirzəzadə qeyd edir ki, Vətən uğrunda canını fəda edərək, şəhidlik zirvəsinə ucalan Neftçala qəhrəmanlarımıza həsr olunmuş bu kitabda şəhidlərimizin həyat və döyüş yolu, onları tərənnüm edən povest və şeirlər oxuculara təqdim edilib.
Həmçinin G.Mirzəzadə şəhid materiallarının muzeyin Vətən Müharibəsi fondunda qorunduğunu və təbliğ edildiyini də xüsusi vurğulayıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.