Milli Azərbaycan Tarixi Muzeyinin “Şuşa İli”nə həsr edilmiş “Qarabağın incisi – Şuşa” adlı sərgisində nümayiş olunan tətbiqi və təsviri sənət nümunələri yerli və əcnəbi qonaqlar tərəfindən maraqla izlənilir.
Qeyd edək ki, sərgidə Azərbaycanın müxtəlif bölgələrindən və müəyyən yaş qruplarından (5-65) olan yaradıcı şəxslər tərəfindən hazırlanmış rəsm əsərləri və əl işləri yer almışdır.
Sərgi 2022-ci il iyun ayının sonunadək davam edəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.