1 iyul 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyi və “Mincə Sənət” İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə kanadalı rəssam Kristian Frederiksenın (Christian Frederiksen) “Məni evinə apar” rəsm sərgisinin açılışı olacaq.
Sərgidə “Məni evinə apar” layihəsi çərçivəsində səkkiz azərbaycanlı rəssamın - Ramiz Abbasov (Şuşa), Reyhan Aslanova (Bakı), Fidan Hümbətli (Ağstafa), Vüsalə Ağaraziyeva (Bakı), Vüsal Rahim (Gəncə), Yusif Mirzə (Laçın), Şafiq Osmanov (Qusar) və Tural Moyufovun (Şəki) kanadalı rəssam Kristian Frederiksen ilə birlikdə Azərbaycanın müxtəlif dilbər guşələrində çəkdikləri ailə-məişət, adət-ənənə və xüsusilə, zəfər mövzusunda rəsm əsərləri təqdim olunacaq.
Sərgiyə giriş sərbəstdir.
Sərgi 1 iyul – 8 iyul 2022-ci il tarixlərində davam edəcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.