26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı tam orta məktəbin təşəbbüsü və Xətai rayon Həmkarlar Təşkilatının dəstəyi ilə Vətən müharibəsi şəhidi Umudlu Elmir Pərviz oğlunun xatirəsi doğulduğu Şəki rayonu İnçə -Zunud kəndində yad edilib.
Tədbirdə Şəki rayonu İcra Hakimiyyətinin nümayəndələri, Bakı şəhəri Xətai rayonu T. Bağırov adına 59 saylı tam orta məktənin direktoru Pikə Əhmədova, məktəbin müəllim kollektivi, şəhidin valideynləri, döyüş yoldaşları və qazilər iştirak ediblər.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova “Tarix yazan qəhrəmanlar” layihəsinin ideya müəllifi və rəhbəri olaraq iştirak edib. Tədbir iştirakçıları öncə şəhidin adını daşıyan küçədəki xatirə lövhəsini, şəhid bulağını və onun doğulduğu baba ocağını ziyarət ediblər. Sonra Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində Elmir Umudlunun adını daşıyan sinif otağında oturduğu parta ilə tanış olublar, onun haqqında müəllimlərin danışdığı xatirələri dinləyiblər.
Qeyd edək ki, Umudlu Elmir Pərviz oğlu 28 oktyabr 2020-ci ildə Xocavənd rayonunda gedən şiddətli döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Elmir Umudlu oktyabr ayının 31-də ata-baba yurdu olan Şəki rayonunun İnçə-Zunud kənd qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamları ilə döyüşlərdə göstərdiyi şücaətlərə görə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Qeyd edək ki, tədbir iştirakçıları Elmir Umudlunun dəfn edildiyi İnçə-Zunud kənd qəbirsanlığını və Şəki rayon Şəhidlər xiyabanını da ziyarət etmişlər.
S.Ələkbərova da öz növbəsində tədbirə qatılan iştirakçılara Milli Azərbaycan Tarixi Muzeyində şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılan Vətən Müharibəsi fondu və onun əhəmiyyəti haqqında, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə muzeydə həyata keçirilən layihələr və tədbirlər haqqında məlumat verib .
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.