Milli Azərbaycan Tarixi Muzeyinə Əməkdar jurnalist, t.ü.f.d., ehtiyatda olan polkovnik Hikmət Cəmil oğlu Xudiyev tərəfindən ərsəyə gəlmiş, Milli Qəhrəman Polad Həşimova həsr olunmuş kitab (Bakı: Qanun, 2021, 133 s.) hədiyyə edilib.
Kitabda şəhidlik zirvəsinə ucalan general Polad Həşimovun həyat və döyüş yolu işıqlandırılıb.
Qeyd edək ki, kitab hazırda Vətən Müharibəsi fondunda mühafizə olunur. Həmin fond, həmçinin Azərbaycanın şanlı Zəfər tarixini tədqiq etmək üçün əhəmiyyətli mənbələrlə zəngindir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.