Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d. Əli Fərhadov Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülüb (5503.02- Vətən tarixi ixtisası üzrə).
Ə.Fərhadovu təbrik edir və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.