İyulun 15-də Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, diasporumuzun fəal xadimlərindən biri Yeganə Salman Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur. İcraçı direktor Fərhad Cabbarovla görüşən Y.Salman keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandan İsrailə köçən bir soydaşımız tərəfindən aparılan tarixi artefaktı – saxsı badyanı muzeyə hədiyyə etmişdir. Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. II minilliyin sonu-I minilliyin əvvələri) aid olan bu badyanın muzeyin zəngin arxeoloji kolleksiyasında yer alacağını deyən F.Cabbarov Azərbaycanın qədim tarixinin bir parçası olan eksponatın Vətənə qaytardığına görə Yeganə xanıma öz təşəkkürünü bildirdi və İsraildə Azərbaycan mədəniyyətinin tanıdılması üçün gördüyü işlərdə ona uğurlar arzuladı.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.