22-24 iyul 2022-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində “Özbəkistanın Mədəni İrsi - Yeni İntibahın təməli” VI beynəlxalq konqresi keçirilir. Konqresdə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mühafizi, t.ü.f.d. Məhfuzə Zeynalova “Milli Azərbaycan Tarixi Muzeyinin Özbək kolleksiyası” adlı məruzə ilə çıxış edib. M.Zeynalova fotoslaydla müşayiət olunan məruzəsində muzeyin fondlarında qorunan, Özbəkistan aid maddi mədəniyyət nümunələrini əks etdirən eksponatlardan bəhs edib.
Tədqiqatçı alim M.Zeynalova, həmçinin muzeyin elmi fəaliyyətindən, eksponatların qorunub mühafizəsi və bərpa texnologiyasından danışıb.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Özbəkistana maddi mədəniyyət nümunələri “Özbəkistanın mədəni irsi dünya kolleksiyasında” adlı beynəlxalq layihəsi çərçivəsində nəşr olunacaq çoxcildlikdə yer alacaq.