Ümummilli lider Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaradılmış ilk mərkəzi icra hakimiyyəti orqanı məhz Gənclər və İdman Nazirliyi olmuşdur. Həmin tarix həm də müasir gənclər və idman siyasətinin əsası qoyulduğu gündür.
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən tarixdə ilk dəfə ölkəmizdə keçirilən “Bakı- 2015” I Avropa oyunları ilə bağlı dəyərli eksponatlar qorunur. Materiallar arasında Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti və “Bakı- 2015” I Avropa oyunlarının açılış mərasimində istifadə olunmuş məşəl və çıraq yer alır. Qaliblər üçün hazırlanmış medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da muzeyin eksponatları sırasında xüsusi yer tutur.
Azərbaycanın idman tarixində mühüm əhəmiyyət daşıyan eksponatlar muzeyin Hədiyyələr və Xatirə Əşyaları və Köməkçi Tarixi Fənn Materialları fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.