Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, hər il 5 Avqust Azərbaycan Respublikası Hərbi Donanma Günü kimi qeyd edilir.
Azərbaycan Hərbi Donanması 1919-cu il Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb. 1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması yaradıldı. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım oldu.
Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Materiallar fondunda Azərbaycan SSR Hərbi diviziya və Xəzər donanmasının hərbi prokuroru Əlihüseyn Həmidova məxsus fotoşəkil qorunur.
Həmidov Əlihüseyn Həmid oğlu (Əlihüseyn Dağlı) 1898-ci ildə Xızıda dünyaya gəlib. Ə.Həmidov rus-tatar məktəbində 3 sinfi bitirib. Ailə vəziyyəti ağır olduğundan şəhər məktəbində də yalnız 3 sinif bitirir və 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində, sonralar isə dəmiryolunda nəzarətçi işləyib. 1918-ci ildə tif xəstəliyinə tutulur. Sağaldıqdan sonra Musavat ordusunda sıravi əsgər kimi qulluq edir. 1924-1925-ci illərdə Azərbaycan SSR Hərbi diviziya və Xəzər hərbi donanmasının hərbi prokuroru, 1932-ci ildə bir sıra rayonlarda icraiyyə komitəsinin sədri və bir çox məsul vəzifələrdə işləyir.
Ə.Həmidov 29 oktyabr 1937-ci ildə həbs edilir. 1981-ci ilin yanvar ayının 28-də 83 yaşında vəfat edir.
Həmçinin muzeyin Vətən Müharibəsi fondunda Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid nümunəvi geyimlər (hərbi mərasim geyimi- qara rəngli kitel qara şalvar, qara qalstuk, qara rəngli tufli, ağ köynək və ağ furajka) qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.