2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi münasibəti ilə muzeyin Arxeologiya, Etnoqrafiya, Sənədli Mənbələr, Silahlar və Bayraqlar, Xüsusi, Hədiyyələr və Xatirə Əşyaları fondlarının materialları əsasında “Əlifba" kitabı hazırlanmışdır. Uşaqların, gənclərin, eləcə də yaşlıların marağına səbəb olan bu əlifba muzeyin zəngin xəzinəsinin sirli qapılarını sizlərin üzünə açır. Əlifbanı maraqlı edən cəhətlərdən biri bu kitabın məhz muzeyin kolleksiyasında qorunan artefaktlardan istifadə etməklə tərtib olunmasıdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.