Bu il məşhur pedaqoq, ədib, publisist Ömər Faiq Nemanzadənin (1872-1937) anadan olmasının 150 illiyi tamam olur. Ö.F.Nemanzadə Azərbaycan tarixində “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, “Qeyrət” mətbəəsinin sahibi, milli ictimai fikrin görkəmli nümayəndəsi kimi tanınır.
Avqustun 29-da Ö.F.Nemanzadənin nəvəsi Fuad İsgəndər Pepinov və nəticəsi Ülviyyə Pepinova Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişlər. Müəssisənin rəhbərliyi ilə görüş zamanı Ö.F.Nemanzadəyə və ailəsinə, Azərbaycan təhsil tarixinə aid 30-dan artıq qiymətli fotoşəkil onun varisləri tərəfindən muzeyə hədiyyə edilmişdir. Həmin materialların kataloq şəklində çap olunmasına dair razılıq əldə olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.