Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin ekskursiyaçısı Xədicə Hüseynova Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin Yakınçağ tarihi (yeni dövr) ixtisası üzrə magistratura təhsilini başa vuraraq, həmin universitetin eyni ixtisas üzrə doktorantura pilləsinə qəbul olmuşdur.
Xədicə Hüseynovanı təbrik edir, yeni uğurlar arzu edirik!
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.