XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
07 Sentyabr, 2022
Muzey əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

5-7 sentyabr 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Aydın şəhərinin Adnan Menderes Universitetində Türk Dünyasının dəyərli tarixçi alimi, Prof. Dr. Necati Demirə həsr olunmuş “XVI Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru” çərçivəsində (Sənət ənənələri)” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda Muzeyin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Azərbaycanın şimal bölgəsi Qubanın epiqrafik abidələrinin tarixşünaslığına dair” (The historiography of epigraphic monuments of Guba, the northern region of Azerbaijan), Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Qacarlar və Pəhləvilər dövrünə baxış (“Azərbaycan” qəzetinin materialları əsasında) (A Look At the period of Qajar’s and Pahlavi’s on the basis of materials of "Azerbaijan"), Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova “XIX əsrin sonu XX əsrin əvvəlləri Şuşada maarif işi (From the history of the organization of educational work in Shusha in the early 19-20th centuries)“, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşı Sara Əhmədova “XlX-XX əsrin əvvəllərində Azərbaycanda yaşayan almanların təsərrüfat həyatı–şərabçılıq və üzümçülük (Farm life of Germans living in Azerbaijan at the19th and early of 20th centuries: winemaking and grapery)” adlı məruzələr ilə onlayn formatda çıxış etmişlər.