XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2013
“20 yanvar həqiqətlərinin xaricdə yayımlanması” tədbiri keçirilmişdir

 “20 yanvar həqiqətlərinin xaricdə yayımlanması” tədbiri 2013-cü il yanvarın 17-də Milli Azərbaycan Tarixi Muzeyində AMEA Milli Azərbaycan Tarixi Muzeyi və “İRS –Наследие” beynəlxalq jurnalının birgə təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin xaricdə yayımlanması” adlı tədbir keçirilmişdir. 20 yanvar – Ümumxalq hüzn gününə həsr


olunmuş tədbirin əsas məqsədi 20 yanvar həqiqətlərinin xaricdə yayımlanmasının vacibliyini geniş ictimaiyyətə, o cümlədən xaricdə yaşayan azərbaycanlılara vurğulamaq, Azərbaycan həqiqətlərinin xaricdə təbliğatının vasitə və yollarına toxunmaq, eləcə də xaricdə aparılan təbliğat işlərində “İRS – Наследие” jurnalının yeri və rolunu göstərmək idi.

 

Tədbirdə elm və mədəniyyət xadimləri, muzey işçiləri, tələbələr, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Muzeyin foyesində 20 yanvar hadisələrinə həsr olunmuş və müxtəlif dövrlərdə Muzeyə hədiyyə olunmuş xalça və rəsm əsəri nümayiş olunmuşdur. Konfrans zalında “İRS – Наследие” jurnalının 20 yanvar hadisələrinə həsr olunmuş rus, ingilis, alman, yapon, ispan dillərində olan nüsxələri sərgilənmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra “Qanlı yanvar” sənədli filmi nümayiş olundu. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı 1990-cı ilin yanvarında sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs etmişdir. O qeyd etmişdir ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı faciə totalitar rejimin xalq əleyhinə olan xarakterini, ittifaq respublikalarının suveren hüquq larının saxtalığını göstərdi, SSRİ-nin silahlı qüvvələri növbəti dəfə xarici təcavüzə qarşı yox, öz xalqına qarşı istifadə edildi. Bakıda hüqüqa zidd olaraq fövqəladə vəziyyətin elan olunması, silahlı qüvvələrin şəhərə daxil olması, ağır texnikadan istifadə edilərək heç bir müqavimət olmadan dinc əhaliyə divan tutulması Azərbaycan xalqına qarşı cinayət idi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi: “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.” Ekranda “Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar şəhidlərinə məxsus əşyalar” adlı slayd- film nümayiş olunmuşdur. Belə ki, tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Muzeyin fondlarında şəhidlərə məxsus şəxsi əşyalar, sənədlər, nadir fotoşəkillər mühafizə olunur. Azərbaycan Fotoqraflar Birliyi tərəfindən toplanmış və müxtəlif fotoqraflar çəkilmiş 20 yanvar hadisəsinin nadir fotoşəkillərinin nümayişi böyük diqqət doğurmuşdur. AR Xarici İşlər Nazirliyin əməkdaşı Cavanşir Məmmədov Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin təbliğinin, o cümlədən 20 yanvar həqiqətlərinin xaricdə yayılmasının vacibliyini vurğulayır, bu işdə mövcud olan problemlərə toxunmuşdur. 10 ildən artıq fəaliyyət göstərən “İrs-Наследие” beynəlxalq jurnalı Azərbaycan həqiqətlərinin xaricdə yayılmasında müstəsna rol oynayır. Jurnalın bu sahədəki fəaliyyətini işıqlandıran videoçarx nümayiş olunmuşdur. Jurnalın baş redaktoru Musa Mərcanlı 20 yanvar həqiqətlərinin xaricdə yayılması istiqamətində jurnalın fəaliyyətindən danışmış, jurnalın son nömrələrini nümayiş etdirmişdir. Tədbirin sonunda “İrs-Наследие” beynəlxalq jurnalının müvafiq nömrələri tədbir iştirakçılarına paylanmışdır.

Tədbirin fotoşəkilləri ilə saytın “Fotoqalereya” bölməsində tanış ola bilərsiniz.

 “20 yanvar həqiqətlərinin xaricdə yayımlanması” tədbiri  “20 yanvar həqiqətlərinin xaricdə yayımlanması” tədbiri