Milli Azərbaycan Tarixi Muzeyi adından 13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi irimiqyaslı hərbi təxribatları nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralı qazilərimizə şəfa diləyirik!
Allah şəhidlərimizə rəhmət eləsin!
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.