XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
22 Sentyabr, 2022
Muzeyin əməkdaşı ˝Peşələri tanıyaq˝ layihəsində

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya Elmi-Fond şöbəsinin elmi işçisi, arxeoloq Aslan Qasımov ˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsinin Elmlər Akademiyası filialında keçiriləcək ˝Peşələri tanıyaq˝ layihəsinin ilk qonağı olacaq. Layihənin məqsədi uşaqlarda peşələr haqqında daha aydın təsəvvür formalaşdırmaq və suallarını birbaşa həmin sahənin mütəxəssislərinə ünvanlamaq imkanı yaratmaqdır.