Bu gün, 26 sentyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Suraxanı” gəmi-muzeyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib.
Görüşdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və hər iki muzeyin əməkdaşları iştirak ediblər.
Görüş zamanı akademik N.Vəlixanlı qonaqları salamlayaraq, onları muzeydə görməkdən məmnun olduğunu bildirib. Görüşdə hər iki muzeyin təşkilatçılığı ilə keçiriləcək yeni layihələr, elmi tədbirlər və elmi tədqiqatların aparılması istiqamətində fəaliyyətin genişlənməsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəni irsin qorunması, öyrənilməsi və təbliği, həmçinin elmi və mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə muzeydə mühafizə olunan sualtı arxeologiya materialları əsasında birgə keçiriləcək sərgi haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda tərəflər onlar üçün prioritet və aktual olan elmi və mədəni-maarif layihələrinin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Memorandum imzalayaraq, razılığa gəliblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.