Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) 210 illiyinə həsr olunan “Böyük ideallar mücahidi” adlı tədbir təşkil olunub.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanaçısı Mina Əliyeva və baş biblioqraf Lalə Məmmədova iştirak ediblər. L.Məmmədova iştirakçılara muzeyin Kitabxanasında qorunan dəyərli və nadir ktablar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, muzeyin Kitabxanasının “Nadir kitablar” fondunda Mirzə Fətəli Axundzadəyə aid, 1853-cü ildə Tiflisdə nəşr olunmuş «Комедии Мирзы Фет-Али-Ахундова» (Mirzə Fətəli Axundovun komediyaları) adlı kitab qorunur. Kitabda M.F.Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti Xırsi- Quldurbasan”, “Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara)” adlı pyesləri dərc olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.