2022-ci il 1-4 oktyabr tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dos. Həbibə Əliyeva “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi çərçivəsində epiqrafik tədqiqatlar aparmaq məqsədilə Şuşa şəhəri işğaldan azad edildikdən sonra ilk dəfə elmi ezamiyyətdə olmuşdur.
Səfərin məqsədi Şuşa şəhərində tarixi binaların üzərindəki ərəb, fars və türkdilli kitabələrin estampını çıxarmaq, fotolarını çəkmək, ölçülərini, bədii və epiqrafik təsvirlərini qeydiyyata almaq, onları kataloqlaşdırmaq və oxunmasını təmin etməkdir. Səfər müddətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yerli əhəmyyətli memarlıq abidələri sırasında olan iki mərtəbəli XVIII əsrə aid karvansara, Seyidli məscidinin yanındakı iki mərtəbəli dağıdılmış bina, Bülbülün ev-muzeyi, memarlıq xüsusiyyətləri ilə seçilən Şirin bəy nəslinə məxsus mülk, Hacı Quluların, Əsəd bəy Cavanşirin iki mərtəbəli saray kompleksi, Uğurlu bəyin evinin tağlı qapısı üzərindən daş kitabələr (cəmi 13 ədəd) tədqiqata cəlb olunmuşdur. Bu kitabələrin oxunması və əvvəlki oxunan epiqrafik yazılar ilə müqayisəsi Şuşanın tarixi və mədəniyyətinin öyrənilməsinə yeni izahlar gətirəcəkdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.