Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il 5-9 oktyabr tarixlərində Bakı Ekspo mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində nəfis tərtibatlı nəşrləri ilə təmsil olunub.
Muzeyin stendində Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi ilə bağlı nəşr olunmuş silsilə kitab, kataloq və dövri-elmi nəşrləri ilə yanaşı, muzeyin tədqiqatçı alimlərinin elmi əsərləri də nümayiş edilib.
5 gün boyunca davam edən sərgidə ziyarətçilər muzeyin qeyd olunan dəyərli nəşrlərini əldə edib. Həmçinin, muzeyin stendi çoxsaylı yerli və xarici qonaqların böyük marağına səbəb olub.
Beynəlxalq kitab sərgisinin son günündə Milli Azərbaycan Tarixi Muzeyi uğurlu iştirakına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.