10 oktyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyi və 132-134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə böyük şərqşünas alim, filologiya elmləri doktoru, ictimai xadim, professor Aida
İmanquliyevanın anadan olmasının 83-cü ildönümünə həsr edilmiş “Elmin zirvəsinə ucalan alim ömrü” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, məzunu olduğu 132 nömrəli orta məktəb (indiki 132-134 nömrəli Təhsil Kompleksi) haqqında xatirələrini şagirdlərlə bölüşüb. Akademik N.Vəlixanlı məktəbin unudulmaz məzunu olan Aida İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs edib və professorun xalqımıza layiqli örnək olan ömür yolundan, elmi fəaliyyətindən danışıb. Həmçinin, Aida İmanquliyevanın böyük şərqşünas alim, pedaqoq, tərcüməçi, parlaq şəxsiyyət olduğunu vurğulayıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.