Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlının impakt faktorlu “Elmi iş” beynəlxalq elmi jurnalının "IX Respublika Elmi Qaynaqlar Konfransının Materialları" adlı toplusunda "Məktəblilərin aktiv muzey ziyarəti: ekskursiya, nəzəriyyə, təcrübə” adlı tezisi çap olunmuşdur.
Tezisdə uşaq və yeniyetmələrin səmərəli vaxtlarının təşkilində muzeylərin geniş fəaliyyəti təhlil edilmişdir.
“Elmi iş” jurnalı bir çox beynəlxalq indekslərdə yerləşdirilib (Google scholar, ASOS, Crossref) və müəllifə Crossref təşkilatı tərəfindən beynəlxalq sertifikat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.