Bu gün, 12 oktyabr 2022-ci il tarixində Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın büdcə təşkilatı Geologiya, neft və qaz Muzeyinin (Rusiya Federasiyası) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə Xantı-Mansiyskidə keçirilən “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi” adlı beynəlxalq sərginin açılış mərasimini linkə keçid edərək canlı izləyə bilərsiniz.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.