Milli Azərbaycan Tarixi Muzeyində "Şuşanın nurlu butası" adlı ustad dərsi keçirilib. Nəzəri və praktik hissədən ibarət olan ustad dərsində Bakı şəhəri 262 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
İştirakçılara muzeydə qorunan Qarabağ xanlığına aid eksponatlar, Şuşa şəhərinin tarixi və buta ornamenti haqqında məlumat verilib. Dərsdən sonra şagirdlərə gips fiquru üzərində buta ornamentinin rənglənməsi qaydası öyrədilib.
Sonda “H.Z.Tağıyevin ev muzeyinə” və muzeydə təşkil olunan "Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti" sərgisinə ekskursiya təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.