Professor Elmira Süleymanovanın rəhbərlik etdiyi Azərbaycan Qadın və İnkişaf Mərkəzinin bir qrup fəal üzvləri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Qonaqlar muzeydə nümayiş olunan Pənahəli xanın bərpa olunmuş başdaşı və Qarabağ xanlığına aid eksponatlarla tanış olublar. Daha sonra “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” sərgisini ziyarət ediblər.
Qonaqları müşayiət edən Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov və həmin fondun baş mütəxəssisi Pərvanə Əzimova hər iki sərgi barədə, həmçinin, Vətən Müharibəsi fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.
Sonda xatirə fotoları çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.