Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan Tarixinin Elmi Tədqiqi və Təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov 2022-ci il oktyabrın 18-də Azərbaycan İstiqlal Muzeyində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar tarix elmlər doktoru Tufan Axundovun tərtibçisi olduğu “Təlatümlü illər” adlı xatiratın təqdimatında iştirak etmişdir. Soltan Məhəmməd bəy Qulubəyli tərəfindən qələmə alınmış kitab 1917-1920-ci illərdə Azərbaycanın cənub-şərq regionunda ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həsr olunmuşdur.
Tədbirdə Bəhman Kərimov Soltan Məhəmməd bəy Qulubəylinin əsərinin Vətən tarixşünaslığında xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, 1917- 1920-ci illərdə Şimali Azərbaycanın cənub-şərq regionunda erməni-bolşevik dəstələrinin törətdiyi qırğınlar və bölgədə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixi haqqında məruzə ilə çıxış etmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.